Şinzo Abeni vuran şəxs cinayətinin motivini açıqladı: “Anam dini təşkilata…”

Hazırda oxunan: Şinzo Abeni vuran şəxs cinayətinin motivini açıqladı: “Anam dini təşkilata…”

83139

Yaponiyanın sabiq baş naziri Şinzo Abeyə atəş açan Nara prefekturasının 41 yaşlı sakini Tetsuya Yamaqami istintaq zamanı törətdiyi cinayətin əsil motivini açıqlayıb. Onun bu məqsədlə partlayıcı qurğu hazırladığı da qeyd edilir.

Bizim.Media xəbər verir ki, bu barədə təhqiqat orqanındakı mənbə iyulun 10-da məlumat verib.

Həmçinin, T.Yamaqaminin bir neçə odlu silah hazırladığını etiraf etdiyi də deyilir. Nara polisinin onun evində apardığı axtarış zamanı bir neçə əldə düzəltmə silah və partlayıcı qurğu üçün detallar müsadirə olunub.

Qətldə şübhəli bilinən T.Yamaqami bazar günü prokurorluq orqanlarına təhvil verilib.

Cinayət hadisəsinin motivlərinə gəlincə, T.Yamaqami bildirib ki, anası tərəfindən bir dini təşkilata böyük məbləğdə ianə verilib. Bu, onda həmin qrupa qarşı böyük nifrət yaradıb. Onun qənaətinə görə, Şinzo Abe həmin qrupla əlaqəli olub.

T.Yamaqaminin sözlərini sitat gətirən mənbə bildirib ki, o, əvvəlcə həmin dini qrupun rəhbərinə hücum etmək istəyirmiş, amma sonradan fikrini dəyişərək Ş.Abeyə atəş açıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin