Türkiyənin Əskişəhər, Bilecik və Bursa vilayətlərində yağan leysan yağışı fəsadlara səbəb olub.
Bizim.Media xəbər verir ki, yağıntı səbəbindən hər üç vilayətin küçə və prospektlərində irimiqyaslı gölməçələr yaranıb. Bir sıra ev və iş yerlərini su basıb. Bölgədə çox sayda ağac aşıb, avtomobillər sel suları altında qalıb. Bəzi evlərin divarı çöküb.
Bilecikin Gölpazarı rayonunda bir ailənin iki üzvü, ana və oğulu sel suları aparıb. Hadisə nəticəsində qadın ölüb, oğlunu isə xilas etmək mümkün olub.
Hidrometeoroloqlar iyulun 10-da İstanbul və Ankara da daxil olmaqla Türkiyənin 21 vilayətdə leysan yağışının yağacağını proqnozlaşdırırlar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:32 / 10.07.2022
Türkiyədə leysan yağışı ağır fəsadlar törətdi
Hazırda oxunan: Türkiyədə leysan yağışı ağır fəsadlar törətdi
Hazırda oxunan: Türkiyədə leysan yağışı ağır fəsadlar törətdi
83138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.