İranda etiraz edən məşhur rejissorlar həbs edildi

Hazırda oxunan: İranda etiraz edən məşhur rejissorlar həbs edildi

83130

İranda sosial şəbəkə hesabında polis zorakılığına etirazla bağlı bəyanat yerləşdirən məşhur rejissor, 70-ci Kann Beynəlxalq Film Festivalının “Xüsusi baxış” mükafatını almış Məhəmməd Rəsulof və onun həmkarı Mustafa Əl-Əhməd polis tərəfindən həbs ediliblər.

Bizim.Media İRNA-ya istinadən xəbər verir ki, Məhəmməd Rəsulof 1 il müddətinə həbs cəzası alıb.

Rejissorun nümayəndəsi qeyd edib ki, M.Rəsulof təkadamlıq kamerada saxlanılır.

Rejissorlar may ayında Abadan şəhərində 41 nəfərin ölümü ilə nəticələnən etirazlardan sonra İran polisinə silahları yerə qoymağa çağırış etdikləri üçün saxlanılıblar.

Rəsulof və Əl-Əhməd polis zorakılığına qarşı petisiya başladıblar və bu petisiya İran kino ictimaiyyətinin daha 70 üzvü tərəfindən imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin