Şri-Lankada hökumətə qarşı etiraz aksiyaları daha da şiddətlənib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, etirazçılar Baş nazirin paytaxt Kolombodakı iqamətgahını yandırıb.
Qeyd edək ki, Prezident və Baş nazirin təhlükəsiz zonaya köçürüldüyü deyilir. Lakin onların harada olduğu məlum deyil.
Bizim.Media