Rusiyada dəmir yolu xətti partladıldı

Hazırda oxunan: Rusiyada dəmir yolu xətti partladıldı

83091

Rusiyanın Bryansk vilayətinin Uneçski rayonunda dəmiryol relslərində partlayış baş verib.

Bizim.Media “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ukrayna ilə həmsərhəd vilayətinin qubernatoru Aleksandr Boqomaz öz teleqram kanalında məlumat verib. 

Onun sözlərinə görə, partlayıcı qurğu Robçik-Pesçanka zolağında yük qatarının qarşısında işə düşüb. Partlayış nəticəsində xəsarət alan olmayıb, dəmir yolu relslərinə ziyan dəyməyib. 
Boqomaz bildirib ki, partlayış nəticəsində yük qatarının maşinist kabinəsinin şüşələri zədələnib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin