2021–ci ilin ən maraqlı 20 filminin siyahısı təqdim edilib.
Bizim.Media xəbər verir ki ekran əsərləri “BBC”nin mədəniyyət şöbəsinin kino üzrə ekspertləri Nikolas Barber və Kerin Ceyms tərəfindən seçilib.
Siyahınin birincisi “French Exit”dir. Kino Nyu Yorkdan Parisə köçən dul qadının həyatından bəhs edir.
İkinci sırada isə “The United States vs Billie Holiday” adlı film dayanır. Bu ekran əsəri narkotikə görə həbs edilən Amerikanın ən məşhur cazmeninin həyatını işıqlandırır. Hadisələr 1947–ci ildə baş verir. Filmin 25 fevraldan yayımlanacağı bildirilir.
Üçüncü pillədə isə 1960 - 1970 – ci illərdə qaradərili və İtaliya əsilli amerikalılar arasında ədavətdən bəhs edən “The Many Saints of Newark” dayanır. Bu film kinoteatrlarda 11 martdan təqdim olunacaq.
Pandemiya haqqında olan “No Time to Die” adlı ekran əsəri isə 2 apreldə baxışa çıxarılacaq.
5-ci yerdə baş rol ifaçısı Tom Henksin olduğu “Bios” adlı kinodur.
Siyahının digər filmləri “A Quiet Place Part II”,
“Ghostbusters: Afterlife”,
“Luca”,
“Top Gun: Maverick”,
“Shang-Chi and the Legend of the Ten Rings”,
“Last Night in Soho”,
“Deep Water”,
“Candyman”,
“Dune”,
“The Last Duel”,
“Eternals”,
“King Richard”,
“Nightmare Alley”,
“West Side Story”,
“The French Dispatch”dır.
Vüqar Ağamalıoğlu, Bizim.Media