Böyük Britaniyanın baş naziri Boris Consonun istefasından sonra indi bu ölkəni və dünyanı yerinə gələcək şəxsin hazırkı mürəkkəb dövrdə hansı siyasət yürüdəcəyi maraqlandırır. Conson bildiyimiz kimi, Ukrayna məsələsində digər Avropa ölkələrindən fərqli olaraq Kiyevə silah, maliyyə, mənədi dəstək baxımından daha çox yardım edirdi. O, həmçinin, bu müstəvidə Rusiyaya qarşı daha kəskin çıxışları ilə yadda qalıb.
Bu fonda maraqlıdır, Consondan sonra Böyük Britaniyanın yürüdəcəyi siyasət necə olacaq? Ukrayna müharibəsinə münasibətdə yeni hökumət əvvəlki skiyasəti davam etdirəcək, yoxsa, məsələyə fərqli baxış sərgiləyəcək?
Consondan sonrakı Britaniya məsələsini Bizim.Media-ya şərh edən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edir ki, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Londonun xarici siyasətində ciddi dəyişikliklərin olacağını gözləmir:
“Boris Consonun hakimiyyətdən getməsi müxalifətin təzyiqilə baş verən hadisə olmadı. Əksinə, o, rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının etirazı nəticəsində belə bir aqibəti yaşadı. 50-yə qədər hökumət üzvü və digər yüksək rütbəli məmurlar istefaya getdi. Belə olan vəziyyətdə Consonun istefaya getməsi də labüdləşdi. Consonun pandemiya dövrünün tələblərini pozması faktı, habelə Rusiya-Ukrayna məsələsində tutduğu sərt mövqenin də onun əleyhinə işlədiyi barədə fikirlər səslənir. İndiki vəziyyətdə iki nəfər Consonun yerinə gələ bilər. Bunlar ölkənin müdafiə naziri Uolles və xarici işlər naziri Transdır. Həmin vəzifəni bu iki nəfərdən birinin tutacağı daha inandırıcı görünür”.
Deputatın fikrincə, yeni hökumət kabineti də sərt antirusiyaya mövqeyi sərgiləyəcək:
“Kimin haklimiyyətə gəlməsindən asılı olmayaraq Böyük Britaniyanın xarici siyasətində ciddi dəyişikliklər olmayacaq. Consonu sadaladığım iki şəxsdən hər hansı biri əvəzləsə də, London Rusiya-Ukrayna müharibəsində antirusiya mövqeyini müdafiə etməkdə davam edəcəyini ingilis və rus ekspertləri də iddia edir.
Hətta istisna deyil ki, hətta Consonun yerinə gələn şəxs ondan da daha kəskin mövqe tutacaq. Belədə, prinsip etibarı ilə xarici siyasət məsələlərində Londonun kəskin dönüş edəcəyiproqnozlaşdırılmır. Moskva Consonun getməsinə nə qədər sevinsə də, eyni zamanda, onun yerinə gələcək şəxsin də yumşaq siyasət, Ukrayna məsəlsində kəskin mövqedən geri çəkiləcəyi gözlənilmir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
10:00 / 09.07.2022
Consondan sonra İngiltərə Ukraynaya dəstək verəcəkmi? - ŞƏRH
Hazırda oxunan: Consondan sonra İngiltərə Ukraynaya dəstək verəcəkmi? - ŞƏRH
Hazırda oxunan: Consondan sonra İngiltərə Ukraynaya dəstək verəcəkmi? - ŞƏRH
82977
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.