"Avropa İttifaqı Azərbaycanın işğal azad edilmiş ərazilərindəki minalardan təmizləmə işləri zamanı xəsarət alaraq əlillik təyin edilən şəxslərin reabilitasiya prosesində yaxından iştirak edəcək".
Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
Onun sözlərinə görə, bu gün Azerbaycan əlillik sahəsində bir çox Avropa ölkələrinin qarşılaşdığı çətinliklərlə üzləşir:
"Təbii ki, Azərbaycanda sosial siyasətin tətbiqi bu çətinliklərin aradan qaldırılmasına xidmət edir. Aİ digər sahələrdə də Azərbaycana dəstək olur. İşğaldan azad edilən ərazilərdə minalardan təmizləmə işləri davam etdirilir. Minaların partlaması nəticəsində əllillik qazanmış şəxslərin reabilitasiyasında da yaxından iştirak edəcəyik".
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:05 / 08.07.2022
Aİ Azərbaycanda minadan zərərçəkən şəxslərin reabilitasiyasına dəstək verəcək
Hazırda oxunan: Aİ Azərbaycanda minadan zərərçəkən şəxslərin reabilitasiyasına dəstək verəcək
Hazırda oxunan: Aİ Azərbaycanda minadan zərərçəkən şəxslərin reabilitasiyasına dəstək verəcək
82910
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.