İŞİD terror qruplşmasının üzvü olan 3 qadın snayper Beyci rayonunda İraq təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. ANS PRESS-in məlumatına görə, bu barədə İraq Federal Polisi xəbər yayıb. Bildirilir ki, Şimali Bağdad briqadasının keçirdiyi əməliyyat nəticəsində Çindən, Əfqanıstandan və Hindistandan olan 3 qadın snayper öldürülüb.xa0
Xatırladaq ki, İŞİD terror qruplaşmasının 2014-cü ilin 10 iyununda Mosulu və digər bəzi bölgələri ələ keçirməsi ilə başlayan işğal prosesi ölkənin müxtəlif şəhərlərində hələ də davam edir. İraq ordusu ilə Peşmərqə qüvvələri İŞİD-in işğal etdiyi əraziləri geri almaq üçün intensiv əməliyyatlar keçirir. Bu əməliyyatlar zamanı ABŞ rəhbərliyindəki koalisiya qüvələri də onlara dəstək verir.xa0





























































































