Kosovo xüsusi təyinatlıları Serbiya anklavına daxil oldu – YENİ MÜNAQİŞƏ OCAĞI

Hazırda oxunan: Kosovo xüsusi təyinatlıları Serbiya anklavına daxil oldu – YENİ MÜNAQİŞƏ OCAĞI

82781

Qismən ölkə kimi tanınan Kosovo polisinin xüsusi təyinatlı bölməsi Serbiyanın Strpçe bələdiyyəsinə daxil olub.

Bizim.Media “Kommersant”a istinadən xəbər verir ki, bu barədə informasiyanı Serbiya hökuməti yanında Kosovo və Metoxiya üzrə idarənin mətbuat xidməti yayıb.

Qeyd olunur ki, Kosovo polisinin əməliyyatı pravoslav bayramı münasibətilə keçirilən böyük yarmarka zamanı başlayıb. Məlumata görə, xüsusi təyinatlılar ərazini mühasirəyə alıb, Brezovitsadakı ibtidai məktəbə və Herc ərazisində yeganə Herc serb dilli telekanalın binasına daxil olublar. 
“30-dan çox Kosovo döyüşçüsü bələdiyyədəki serbləri yenidən qorxutmaq məqsədi ilə bu səhər tezdən Strpçeyə daxil olublar”, - mətbuat xidməti bildirib.

Xatırladaq ki, Serbiya bir vaxtlar Kosovonun şimalındakı anklav üçün avtomobil nömrələri verib. Priştina hakimiyyəti isə bu qərarın avqustun 1-dən sentyabrın 30-dək dəyişdirilməsi ilə bağlı sərəncam verib. Nəticədə Serbiya ilə Kosovo arasındakı  münasibət kəskinləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin