Böyük Britaniyanın baş naziri Boris Conson xalqa müraciətində Böyük Britaniyanın baş naziri və Mühafizəkarlar Partiyasının lideri vəzifəsini tərk etmək qərarına gəldiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı xarici mətbuat yayıb.
Britaniyanın yeni baş nazirinin və partiya liderinin seçilməsi proseduru gələn həftə müəyyənləşəcək.
Xatırladaq ki, BBC telekanalı bu gün Britaniyanın baş naziri Boris Consonun istefa verəcəyini açıqlamışdı və bu ilin payızına qədər Britaniya hökumətinə müvəqqəti rəhbərlik edəcəyini bildirmişdi.
Hökumət mənbələrinə görə, Conson bir neçə nazir də daxil olmaqla 50-yə yaxın məmur istefa verdikdən sonra istefa verməyə razılaşıb.
Bizim.Media