İranda qadınlara növbəti QADAĞA - “Dikdaban ayaqqabı geyinməyin”

Hazırda oxunan: İranda qadınlara növbəti QADAĞA - “Dikdaban ayaqqabı geyinməyin”

82720

İran hökumətinin "hicaba riayət etməmək" adı altında ölkədə qadınlara qarşı basqılarını sərtləşdirməsinin davamı olaraq, Millət Bankı təlimat hazırlayaraq xanımların dikdaban ayaqqabı və nazik corab geyinməsini, qeyri-adi zinət əşyaları taxmasını, habelə kişi müdirlərin qadın katibələrdən istifadə etməsini qadağan edib.

Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə informasiya iyulun 5-də "Dideban-e İran" xəbər agentliyində dərc edilib.

Xəbərdarlıq məktubuna görə, dövlət idarələrində çalışan xanımlar baş yaylığından əlavə, sinələrini və saçlarını tam şəkildə örtəcək örpəklərdən də istifadə etməlidirlər.

Qeyd edək ki, son günlərdə sosial mediada İranın bir çox şəhərlərində əxlaq polisi və könüllü "Bəsic" qüvvələrinin xanımlara guya hicaba düzgün riayət etməmələri ilə bağlı müdaxilələr etməsinə və İran qadınlarının onlara sərt reaksiya verməsinə dair videolar yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin