Ukrayna ordusu Xersona hücuma hazırlaşır - Rusiya əməliyyata fasilə verib

Hazırda oxunan: Ukrayna ordusu Xersona hücuma hazırlaşır - Rusiya əməliyyata fasilə verib

82697

Müharibənin Öyrənilməsi üzrə Amerika İnstitutu (ISW) iddia edir ki, Ukrayna ordusu Xersona əks-hücuma hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə ISW-nin son hesabatında deyilir.

Qeyd olunur ki, ruslar iyulun 6-da Xerson vilayətinin şimal-qərbində uğursuz hücum əməliyyatları keçirib və Ukraynanın hücumlarını dəf etmək üçün bütün cənub xətti boyunca artilleriyadan atəş açmağa davam edirlər.

Analitiklər hesab edirlər ki, Rusiya əməliyyata fasilə verib:

“Rusiya Müdafiə Nazirliyi iyulun 3-dən bəri heç bir ərazinin ələ keçirilməsi barədə elan verməyib. Çox güman ki, Rusiya qüvvələri daha böyük hücumlar üçün zəmin yaradır. Bu baxımdan əməliyyat fasiləsinə üstünlük verib.
Deməli, Kreml uzun sürən müharibəyə hazırlaşır, fasilə verməklə iqtisadiyyatın kripto-mobilizasiyası üçün şərait yaradır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin