Böyük Britaniyanın Tehrandakı səfirinin müavini Giles Uitaker İranda raket təlimlərinin keçirildiyi yerdən məlumat almaqda şübhəli bilinərək saxlanılıb.
Bizim.Media “Tasnim”ə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu müəyyən edib ki, bir neçə xarici diplomat, o cümlədən Uitaker Kirman əyalətində səhrada torpaq nümunələri toplayıb.
Mənbə bu ərazidə ballistik raket sınaqlarının həyata keçirildiyini xatırladıb:
“Bu baxımdan əraziyə giriş qadağan edilib”.
Qeyd olunur ki, Britaniya səfirinin müavini olduğu iddia edilən avtomobili SEPAH-ın pilotsuz uçan aparatı lentə alıb.
“Young Journalists Club” portalı yazır ki, Avstriya səfirliyinin nümayəndəsinin həyat yoldaşı da saxlanılıb. O, həmçinin casusluqda ittiham olunur.
Bizim.Media