Zelenski: "Torpağımızı verməyəcəyik"

Hazırda oxunan: Zelenski: "Torpağımızı verməyəcəyik"

82689

Ukrayna prezidenti Volodimir Zelenski işğal olunmuş ərazilərdə yaşayan vətəndaşlara səslənərək Ukrayna Silahlı Qüvvələrinin düşmənlə mübarizədə uğurları barədə məlumat yaymağa çağırıb.

Bizim.Media “korrespondent.net”a istinadən xəbər verir ki, bu barədə iyulun 6-da Zelenski videomüraciətində bildirib.

“Bu gün geniş ictimaiyyətə məlum olub ki, ölkəmizin cənubunda, işğal altında olan ərazilərdə sosial şəbəkələrə, messencerlərə və YouTube-a giriş bağlanıb. Rusiya qüvvələri insanların baş verənlər və getdikcə artırdığımız potensialımız haqqında həqiqəti bilməsi üçün istənilən fürsəti əngəlləyib”, - deyə o bildirib.

O vurğulayıb ki, Ukrayna qüvvələri hazırda bir neçə taktiki istiqamətdə, o cümlədən cənubda - Xerson və Zaporojye vilayətlərində irəliləyir.

“Biz öz torpağımızı verməyəcəyik - Ukraynanın bütün suveren ərazisi Ukrayna olacaq. İnsanlar bu barədə bilməlidirlər. Odur ki, cənubda - işğal olunmuş ərazilərdə Xerson, Geniçesk, Berdyansk, Melitopol və digər şəhər və kəndlərdə yaşayan insanlarla söhbət etmək imkanınız varsa, zəhmət olmasa, həqiqəti yayın. İşğal olunmuş ərazilərdəki insanlara onlar üçün mübarizə apardığımızı söyləmək üçün hər fürsətdən istifadə edin”, - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna bütün əraziləri üçün döyüşür.

“Ən qəddar qarşıdurma indi Donbasda, Slavyansk və Baxmut yaxınlığındadır. Biz Xarkov vilayəti üçün mübarizə aparırıq. Qoy işğalçılar düşünməsinlər ki, onların bu yer üzündə ömürləri uzundur, artilleriyasının üstünlüyü isə əbədidir”, - deyə dövlət başçısı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin