Qazaxıstan neftinin yolu bağlandı - Hökumət təcili iclas keçirdi

Hazırda oxunan: Qazaxıstan neftinin yolu bağlandı - Hökumət təcili iclas keçirdi

82676

Qazaxıstan hökuməti Xəzər Boru Kəmərinin fəaliyyətinin dayandırılması qərarından sonra fövqəladə iclas keçirib.

Bizim.Media TRT-yə istinadən xəbər verir ki, Qazaxıstan Baş Naziri Aparatının məlumatına görə, iclasda ölkə neftinin ixracına qoyulan məhdudiyyətin dövlət büdcəsinə vuracağı zərərin minimuma endirilməsi üçün lazımi tədbirlər müzakirə edilib.

Xatırladaq ki, Rusiya məhkəməsi Xəzər Kəməri vasitəsilə Qazaxıstan neftini Qara dənizdəki Novorossiysk limanına daşıyan boru kəmərinin istismarını 30 gün müddətinə dayandırmaq qərarı verib.
Qeyd edək ki, “Xəzər Kəməri” Konsorsiumu Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində fəaliyyət göstərir və məhkəmə qərarlarını icra etməyə məcburdur. 

Qeyd edək ki, Qazaxıstan neftinin 80 faizi bu boru kəməri ilə ixrac edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin