Suriya Türkiyə sərhədinə qoşun yeritdi

Hazırda oxunan: Suriya Türkiyə sərhədinə qoşun yeritdi

82409

Türkiyə Suriyanın şimalında Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriya qanadı olan YPG terrorçularına qarşı yeni hərbi əməliyyatlara hazırlaşır və bölgəyə yeni qüvvələr cəmləyir. Buna cavab olaraq Bəşər Əsədin qoşunları Türkiyə ilə sərhədə qoşun yeridib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) yayıb.

Mənbə qeyd edir ki. Əsəd rejiminə bağlı ordu qüvvələri Ayn İsaya (sərhəddən 35 kilometr uzaqlıqda) və Mənbicə (sərhəddən 30 kilometr uzaqlıqda) daxil olub.

Hər iki bölgə əsasən PKK/YPG döyüşçülərindən ibarət Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətindədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin