Qaraqalpaq məsələsi Avropa İttifaqının GÜNDƏMİNDƏ 

Hazırda oxunan: Qaraqalpaq məsələsi Avropa İttifaqının GÜNDƏMİNDƏ 

82386

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Özbəkistan xarici işlər naziri Vladimir Norov arasında telefon danışığı olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Borrell "Twitter"də bildirib. 

"Xarici işlər naziri Norovla Özbəkistandakı vəziyyəti müzakirə etdim. Nukusda insan tələfatından təəssüflənirəm. Gərginliyi azaltmaq və faktları araşdırmaq vacibdir. Mən Özbəkistanı inklüziv konstitusiya islahatlarını davam etdirməyə çağırdım", - Aİ-nin Ali Nümayəndəsi qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Özbəkistan parlamentindən Qaraqalpaqıstanın statusu ilə bağlı QƏRAR


Qeyd edək ki, iyulun 1-də Qaraqalpaq Muxtar Respublikasının mərkəzi Nukus şəhərində Konstitusiyaya dəyişiklik əleyhinə aksiya keçirilib. Güc strukturlarının müdaxiləsi zamanı baş verən toqquşmalarda 18 nəfər həlak olub, 243 nəfər yaralanıb.  

Dəyişiklik layihəsində Qaraqalpaqın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və Qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin ölkə Konstitusiyasından çıxarılması təklif edilirdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin