Qorbaçov məhkəməyə verildi 

Hazırda oxunan: Qorbaçov məhkəməyə verildi 

8231

Rusiyanın Omsk şəhər sakini Vadim Rudometov keçmiş SSRİ prezidenti Mixail Qorbaçovu məhkəməyə verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.

Rudometov Qorbaçovu Sovet İttifaqını dağıtmaqda günahlandırır, fəaliyyətinin araşdırılması və məhkəməyə verilməsi tələbi ilə bölgədəki İqtintaq Komitəsinə müraciət edib. 

O, VKontakte sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb ki, Qorbaçov bir dövlət başçısı kimi ölkəni dağıdıb və “Soyuq müharibə”də NATO ölkələrinə məğlub olub.

Bundan əvvəl Qorbaçovun özü postsovet məkanındakı vəziyyətə münasibət bildirib. O, xüsusilə Belarus və Qırğızıstandakı böhranlara toxunub. 

Onun sözlərinə görə, bunlar demokratiyaya keçidin çətinlikləri ilə əlaqələndirilir. Siyasətçi etiraf edib ki, "SSRİ-ni qorumağı bacarsaydıq, belə çətinliklər daha az olardı”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin