Dəmirəlin cənazəsi ilə selfi çəkdirdi - VİDEO

Hazırda oxunan: Dəmirəlin cənazəsi ilə selfi çəkdirdi - VİDEO

82290
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin cənazəsi Kocatepe Məscidinə gətirilib. 

Moderator.az-ın məlumatına görə, Dəmirəlin cənazəsinin keçidi əsnasında bəzi vətəndaşlar telefonlarıyla selfie çəkməyə çalışıb. Polis təhlükəsizlik tədbirləri üçün böyük səy göstərib. 

Ancaq buna baxmayaraq bəzi vətəndaşlar selfi çəkdirməsi xoş qarşılanmayıb. Hətta sosial şəbəkələrdə insanlar selfi çəkdirənləri tənqid ediblər. 

Qeyd edək ki, Dəmirəlin cənazəsi hazırda xüsusi avtomobillə Kocatepe Məscidinə aparılıb. Burada cümə namazının ardından cənazə namazı qılınacaq. Dəmirəlin qəbri daha sonra İspartaya aparılacaq və şənbə günü burada dəfn olunacaq. 

91 yaşındakı 9-cu prezident Süleyman Dəmirəl çərşənbə günü vəfat etmişdi. Mərhum prezidentin ölüm səbəbi tənəffüs yolu infeksiyası, böyrək və ürək çatmazlığı olaraq açıqlanmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin