Türkiyədə kişi selfi çəkib özünü asdı - FOTOLAR

Hazırda oxunan: Türkiyədə kişi selfi çəkib özünü asdı - FOTOLAR

82286
Həyatının son anlarını qeydə aldı.

Türkiyənin Antalya əyalətinin Muratpaşa bölgəsində öz fotoşəklini sosial şəbəkədə paylaşan bir kişi daha sonra intihar edib.  

Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daşınmaz əmlak bazarında işləyən Vəli Kırıcı naməlum səbəbdən iyunun 19-da Güzeloba məhəlləsi Kundu yolu istiqamətində yerləşən meşəyə gəlib.

Burada spirtli içki qəbul edən Kırıcı daha sorna mobil telefonu ilə öz şəklini çəkib və saat 19:00 radələrində Facebook-da paylaşıb.

Daha sonra içki içməyə davam edən Kırıcı, bir qədər sonra yaxınlıqdakı ağaca ip bağlayaraq, özünü asıb.  

Onun cəsədini səhər saatlarında yolda təmizlik işləri aparan bələdiyyə işçiləri aşkarlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin