Bizim.media-nın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
Ekpert qeyd edib: "Şəhərləri raket atəşinə tutmaq nəyə lazımdır? Burada hərbi baxımdan heç bir məqsədəuyğunluluq yoxdur. Ermənistan çox təhlükəli oyun oynayır. Əmri kim verdi? Paşinyan? Amma, o çox dalğın görünür... Tonoyan?"
Qeyd edək ki, Ermənistan hücumu nəticəsində Gəncədə 13 nəfər həlak olub, 50-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.