İsrail Türkiyəyə uçuşları bərpa edəcək - 15 ildən sonra

Hazırda oxunan: İsrail Türkiyəyə uçuşları bərpa edəcək - 15 ildən sonra

82163

İsrail aviakompaniyaları 15 illik fasilədən sonra Türkiyəyə müntəzəm uçuşları bərpa edə bilər.

Bizim.Media Türkiyənin Cumhuriyet qəzetinə istinadən xəbər verir ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması çərçivəsində mülki aviasiya sahəsində yeni əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır.

Mənbə yazır ki, bu məsələ üzrə danışıqlar bazar ertəsi günü baş tutacaq.

Tərəflər arasında keçiriləcək görüşdə İsraildən birbaşa uçuşların bərpası, onların tezliyinin artırılması və təhlükəsizlik məsələlərinin nizamlanması müzakirə olunacaq.

Qəzet qeyd edir ki, İsrail aviadaşıyıcıları 2007-ci ildən Türkiyəyə uçuşları dayandırıb. Bununla belə, türk aviakompaniyaları İsrailə müntəzəm reysləri yerinə yetirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin