Çeçenistan rəhbəri Ramzan Kadırov Almaniyada Berlinin mərkəzindəki İbn Rüşd-Göte məscidində LGBT-lərə dəstək üçün göy qurşağı bayrağının dalğalandığı insidentdən hiddətlənib.
Bizim.Media xəbər verir ki, o, fikirlərini Telegram kanalında yazıb.
Kadırovun sözlərinə görə, məscidin imamı buna icazə verərək özünü “iyrənc” adam kimi göstərib. O, nəinki buna icazə verib, həm də aksiyaya haqq qazandırıb.
Çeçenistan rəhbərinin fikrincə, belə insanlar özlərini müsəlman adlandırmamalıdır.
“Mən başa düşə bilmirəm ki, bütün baş verənlərdən sonra bu məscidin imamları necə özlərini müsəlman adlandıra bilirlər. Bəs necə oldu ki, camaat və Almaniya əhalisinin bütün müsəlmanları dinimizi gözdən salan bu hərəkətə səs-küylü, rezonanslı reaksiya vermədilər?! Avropa demokratiyasının dalğasından tamamilə dəli oldunuz?” deyə qəzəblənib.
Kadırov Almaniyadakı müsəlmanları baş verənlərə yenidən nəzər salmağa çağırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:29 / 03.07.2022
Kadırov Almaniyadakı insident HAQDA: “Belə insanlar özlərini müsəlman adlandırmamalıdır”
Hazırda oxunan: Kadırov Almaniyadakı insident HAQDA: “Belə insanlar özlərini müsəlman adlandırmamalıdır”
Hazırda oxunan: Kadırov Almaniyadakı insident HAQDA: “Belə insanlar özlərini müsəlman adlandırmamalıdır”
82106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.