Kiyev Şoyqunun dediklərini təkzib etdi

Hazırda oxunan: Kiyev Şoyqunun dediklərini təkzib etdi

82096

Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib ki, ruslar Lisiçanski ələ keçirməklə Luqansk vilayətini tamamilə “azad etməyə” nail olublar.

Bizim.Media xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi bu məlumatı təkzib edib.

Şoyqunun sözlərinə görə, Beloqorovka, Novodrujesk, Maloryazantsevo və Belaya Qora yaşayış məntəqələri də Rusiyanın “nəzarəti altına keçib”.

"Son 24 saat ərzində azad edilən ərazilərin ümumi sahəsi 182 kvadrat kilometr təşkil edib", - deyə Şoyqu bildirib.

Öz növbəsində, Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Yuri Sak qeyd edib ki, Lisıçansk şəhəri rus qoşunlarının “tam nəzarəti” altında deyil.

O vurğulayıb ki, şəhərdə vəziyyət uzun müddətdir ki, çox gərgindir və Rusiya quru qoşunları fasiləsiz hücum edir.

"Ukraynalılar üçün insan həyatının dəyəri əsas prioritetdir, ona görə də bəzən biz müəyyən ərazilərdən geri çəkilirik ki, gələcəkdə onları geri ala bilək", deyə Sak yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin