Şavkat Mirziyoyev deputatları qınadı: “Niyə mənə məlumat verməmisiniz?”

Hazırda oxunan: Şavkat Mirziyoyev deputatları qınadı: “Niyə mənə məlumat verməmisiniz?”

82041

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqıstanın Jokargı Kenesdə (ali dövlət orqanı) çıxış edərək, Qaraqalpaqstanın statusu ilə bağlı Konstitusiyaya edilən əlavə və dəyişiklikləri təsdiq edən yerli deputatları qınayıb.  Prezidentin sözlərinə görə, parlamentarilər xalqın narazılığı barədə ona məlumat verməyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

MÖVZU İLƏ BAĞLI:

Özbəkistanda fövqəladə vəziyyət elan edildi


“Mənim şikayətim var. Siz özünüz bu dəyişikliklərin başında idiniz, özünüz təşəbbüslə çıxış etmisiniz, imza atmısınız, təsdiqləmisiniz”, - Özbəkistan prezidenti bildirib.

“Mən həmişə səmimiyəm. Niyə mənə zəng edib demədiniz  ki, insanlar narazıdır. Mənə də Qaraqalpaqstanın sabahı, Qaraqalpaq dünyası lazımdır. Biz bu qədər iş görmüşük, onu gözdən salmaq kimə lazımdır?” – Şavkat Mirziyoyev soruşub.

Özbəkistanın başçısı qeyd edib ki, “Konstitusiya islahatının məqsədi yalnız insanların sabahkı həyatını yaxşılaşdırmaqdır. Amma Qaraqalpaq xalqı narazı olsa, heç vaxt bir maddə dəyişdirilməyəcək”.

“Ona görə də hər bir deputat öz təkliflərini bir daha bildirsin. Konstitusiyanın 70, 71, 72, 74, 75-ci maddələrinə heç bir dəyişiklik edilməyəcək”, - deyə o, təkrar edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin