ABŞ Prezidenti Donald Trampın hesabını bağladıqdan sonra "Twitter"in səhmləri 12% ucuzlaşıb.
Bizim.Media "Business Insider"ə istinadən xəbər verir ki, şirkətin bazar dəyəri 5 mlrd. dollar azalıb.
MÖVZU İLƏ BAĞLI:
Tramp yeni sosial şəbəkə yaradacaq
İnvestorlar Prezident Donald Trampa məxsus 88 mln. abunəçisi olan mikrobloqun bağlanmasından sonra platformaya olan marağın azala biləcəyini ehtimal ediblər.
Qeyd edək ki, "Twitter" ABŞ Prezidenti Donald Trampın səhifəsini ''iğtişaşlara təhrik riski''nə görə birdəfəlik bağlayıb.
Bizim.Media