Almaniyanın “Deutsche Bank”ı gələcəkdə Tramp və onun tərəfdaşı olan şirkətlərlə əməkdaşlıq etməyəcəyini açıqlayıb.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki,bununla bağlı Bankın ABŞ üzrə rəhbəri Kristina Rayli məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
"The Wall Street Journal": ABŞ Konqresi Trampın impiçmentinə meyllidir
“Tramp bizim üçün həyatı əhəmiyyət daşımır, bizim onunla 340 milyon dollarlıq əməkdaşlığımız var”- deyə o, qeyd edib.
Bankın sözçüsü baş vermiş hadisələrə görə Trampı qınayıb:
“Biz konstitusiyamızla fəxr edirik, xalqın iradəsinin təmin olunmasını və hakimiyyətin sülh yolu ilə yeni prezidentə ötürülməsinin tərəfdarıyıq".
Qeyd edək ki, daha əvvəl “Reuters” noyabr ayında “Deutsche bank”ın Trampla əlaqələri kəsmək üçün səbəblər axtardığını yazmışdı.
Vüqar Ağamalıoğlu, Bizim.Media