''WhatsApp''ın məxfilik siyasəti ''Telegram''ın xeyrinə işlədi

Hazırda oxunan: ''WhatsApp''ın məxfilik siyasəti ''Telegram''ın xeyrinə işlədi

8195

ABŞ-da “Telegram” messencerinin əhatə dairəsi genişlənir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Xəbərə görə, hazırkı prezident Donald Trampın “Twitter” səhifəsinin bloklanması və “Parler” sosial şəbəkəsinin bağlanmasından sonra “Telegram” hər gün daha da populyarlaşır.

MÖVZU İLƏ BAĞLI:

“Signal” ən güvənli, “Telegram” etibarsız, “Whatsapp” riskli - ARAŞDIRMA


Nəşrin araşdırmasına əsasən, bazar günü bu aplikasiya ABŞ-da ən çox yüklənən ikinci tətbiq olub.

“Çərşənbə günündən bəri yarım milyondan çox insan “Telegram” yükləyib. Bu da bir həftə əvvəllə müqayisədə üç dəfə çoxdur”,- deyə nəşr yazıb.

Endirmələrin sayı Trump tərəfdarlarının mesajlaşmasına keçidlə yanaşı, “WhatsApp”ın elan etdiyi yeni məxfilik siyasəti ilə də əlaqələndirilir.

Qeyd edək ki, “Twitter” "şiddətə təhrik riski" səbəbindən Trampın hesabını birdəfəlik dondurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin