36 yaşlı kriminal avtoritet ələ keçirildi

Hazırda oxunan: 36 yaşlı kriminal avtoritet ələ keçirildi

8173

Ağır və xüsusilə ağır cinayətlərdə mühakimə olunan Rusiyanın Novosibirsk vilayətinin sakini yerli polis tərəfindən nəzarətə alınıb.

Bizim.Media xəbər verir ki, 36 yaşlı kişiyə qarşı cinayət iyerarxiyasında yüksək vəzifə tutduğu üçün cinayət işi açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin regional qərargahı məlumat yayıb. Adı açıqlanmayan şəxsin mənzilində axtarış zamanı mobil telefonları və bank kartları götürülüb.

İstintaq təsbit edib ki, o, 2020-ci ilin yanvarından etibarən daha aşağı statusu olan şəxsləri özünə tabe etdirirmiş, cinayət mübahisələrinin həlli ilə məşğul olurmuş.

Kriminal avtoritet, həmçinin Novosibirsk vilayətinin ərazilərində böyük təsir dairəsinə sahib olub. 

Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Daha əvvəl NEWS.ru yazıb ki, kriminal dairələrdə Levan Suxumski kimi tanınan 45 yaşlı “qanuni oğru” Levan Abuladze Vladimirdəki məhkəmə binasından qaçıb. Kişi həbs müddətinin uzadılması üçün 16 dekabr 2020-ci ildə məhkəməyə aparılıb.

Vəkilləri məhbusun qandallarını çıxartmalarında mühafizəçilərə israr ediblər. Bundan sonra məhkum tualetə gedib və gözətçilərin diqqətindən yayınaraq qaçıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin