“Formula 1”in keçmiş rəhbəri Berni Ekklstoun Rusiya prezidenti Vladimir Putini dəstəklədiyini bildirib və onu birinci dərəcəli insan adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The Sun” nəşri yayıb.
“Mən hələ də Vladimir Putinin əvəzinə sinəmi güllə qarşısına verməyə hazıram. O, birinci dərəcəli insandır.
Öz hərəkətlərini düzgün hesab edir və Rusiya üçün daha yaxşısını edəcəyinə inanır. Zelenskiyə gəlincə, o, əvvəllər komediya aktyoru olub və görünür, bu peşəni davam etdirmək niyyətindədir, çünki Putinlə danışmaq və onu dinləmək üçün düşünsə və kifayət qədər səy göstərsəydi, nəyisə dəyişə bilərdi”, - deyə Ekklstoun qeyd edib.
Bizim.Media