Kolumbiyanın cənub-qərbindəki Valye-del-Kauka departamentinin Tulua şəhərindəki həbsxanada baş verən yanğında azı 49 məhbus həlak olub.
Bizim.Media xəbər verir ki, Kolumbiya milli həbsxana agentliyinin (INPEC) rəhbəri Tito Kastelyanosun sözlərinə görə, gecə iğtişaşları zamanı məhbuslar döşəkləri yandırıblar və bundan sonra alov həbsxananın əksər hissəsinə yayılıb.
Nəticədə 49 nəfər həlak olub, 30 nəfər yaralanıb, onlarla insan təxliyə edilib.
İlkin araşdırmalar göstərir ki, yanğın gecə saat 1:00-dan sonra başlayıb, Tuluadan yanğınsöndürənlər tez bir zamanda yanğını söndürməyə gəlsələr də, qurbanların çoxu tüstüdən zəhərlənərək ölüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:36 / 28.06.2022
Kolumbiya həbsxanasında yanğın - 49 nəfər həlak oldu
Hazırda oxunan: Kolumbiya həbsxanasında yanğın - 49 nəfər həlak oldu
Hazırda oxunan: Kolumbiya həbsxanasında yanğın - 49 nəfər həlak oldu
81417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.