Ukrayna Türkiyədən 50-dək "Bayraktar" alıb

Hazırda oxunan: Ukrayna Türkiyədən 50-dək "Bayraktar" alıb

81343

“Ukrayna "Bayraktar" zərbə pilotsuz təyyarələrinin ən böyük alıcılarından birinə çevrilib. Biz indiyədək 50-yə qədər PUA almışıq”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “Facebook” səhifəsində yazıb. 

Onun sözlərinə görə, "Baykar Makina” şirkəti artıq ikinci dəfədir Ukraynaya silahlarını tamamilə pulsuz verir:

"Bayraktar”lar Ukrayna Silahlı Qüvvələrinin silah arsenalının “hörmətli üzvü”dür". O.Reznikov həmçinin bildirib ki, iyulda Ukraynaya yeni PUA-lar veriləcək. 

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri ilk zərbə dronlarını hələ 2021-ci ilin iyulunda alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin