Kremençukda həlak olanların sayı 20 nəfəri keçdi – 59 YARALI VAR

Hazırda oxunan: Kremençukda həlak olanların sayı 20 nəfəri keçdi – 59 YARALI VAR

81331

Dünən Rusiya qoşunları tərəfindən Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərindəki ticarət mərkəzinə endirilən raket zərbələri nəticəsində 20-dən çox insan həlak olub, 59 nəfər yaralanıb.

Bizim.Media Ukrinform agentliyinə istinadən xəbər verir ki, bu barədə Prezident ofisi rəhbərinin müavini Kiril Timoşenko brifinqdə məlumat verib.

Onun sözlərinə görə, ticarət mərkəzi vurulan vaxt orada 1000-dən çox insan olub. İndiyədək 20-dən çox insanın həlak olduğu, 59 nəfərin yaralandığı məlumdur. Yaralıların 25-i xəstəxanaya yerləşdirilib.

Bundan başqa, itkin düşmüş hesab edilən şəxslərin qohumlarından 40-dan çox müraciət daxil olduğu bildirilir.
Kiril Timoşenko qeyd edib ki, hadisə yerində axtarışlar davam edir, bu işə yüzlərlə insan – xilasedicilər, patrullar, milli qvardiyaçılar və mülki vətəndaşlar qoşulub.

Baş vermiş faciə ilə əlaqədar iyunun 28-30-u Kremençukda matəm günləri elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin