“Ümid edirəm ki, AKP rəsmiləri seçkinin nəticələrini nəzərdən keçirəcəklər”x9d
Moderator.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Xalqların Demokratiya Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirdaş çıxış edib. O, AKP ilə koalisiya hökuməti qura biləcəklərini bildirib:
“Biz böyük bir uğur qazandıq və üzərimizə məsuliyyət götürdüyümüzün fərqindəyik. Prezident idarəetmə sistemi Türkiyə üçün uyğun deyil. Xalqın istəmədiyini diktə etmənin heç bir mənası yoxdur. Bizim cənab Ərdoğanla xüsusi bir məsələyə görə problemimiz yoxdur. AKP səhvlərindən dönərsə, biz Türkiyə üçün birlikdə ortaq addım atmağa hazırıq. Seçki dövründəki rəqabəti bir kənara atıb, cəmiyyətin yaxşılığı üçün əlimizi daşın altına qoymağa hazırıq. Siyasətdə dialoqa biz də önəm veririk. Hər kəs istədiyi ilə görüşə bilər. Koalisiyadan və erkən seçkidən qorxmamalıyıq”x9d.
Qeyd edək ki, iyunun 7-də keçirilən parlament seçkisində AKP 258, CHP 132, MHP 80, HDP 80 millət vəkili yeri qazanıb. Türkiyədə bir partiyanın təkbaşına hökumət formalaşdırması üçün parlamentdə ən azı 276 millət vəkili yeri qazanması lazımdır. Hazırkı nəticələr isə koalisiya hökumətinin qurulmasını tələb edir.
































































































