Almaniyada G7 ölkələrinin sammiti başladı: Gündəm Ukraynadır - VİDEO

Hazırda oxunan: Almaniyada G7 ölkələrinin sammiti başladı: Gündəm Ukraynadır - VİDEO

81069

Almaniyanın sədrliyi ilə Bavariyanın Alp dağlarında Garmiş-Partenkirxen bölgəsindəki Elmau qəsrində “Böyük yeddilik” ölkələrinin dövlət və hökumət başçılarının sammiti başlayıb.

Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki,  tədbirdə Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Kanada, İtaliya və Yaponiyanın dövlət və hökumət başçılarından başqa, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının rəhbəri Şarl Mişel də iştirak edir.

MÖVZU İLƏ BAĞLI:

G7 liderləri Almaniyanın cənubunda bir araya gəldilər


Almaniyanın G7-yə sədrlik proqramının şüarı “Ədalətli dünya üçün tərəqqi”dir. İlin əvvəlində açıqlanan prioritetlər, xüsusilə, iqtisadi sabitlik və transformasiya, sağlam həyat tərzi, daha yaxşı gələcəyə sərmayə qoyuluşu, möhkəm birlikdir.

3-cü sessiya təhlükəsizlik siyasətinə həsr olunacaq. Ukrayna prezidenti Vladimir Zelenskinin bazar ertəsi səhər sammitə video bağlantı vasitəsilə qoşulacağı gözlənilir.

Sammitin birinci sessiyası qlobal iqtisadiyyata həsr olunub.

Bizim.Media

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin