Ərdoğandan İsveç Baş nazirinə irad: "Sizdən real addımlar görmürük"

Hazırda oxunan: Ərdoğandan İsveç Baş nazirinə irad: "Sizdən real addımlar görmürük"

80976

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveç Baş naziri Magdalena Andersson arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi “Twitter“ səhifəsində bildirilib. 

Telefon danışığı zamanı İsveçin NATO-ya üzvlük məsələsi müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı İsveçin terrorla mübarizə kimi Türkiyə üçün əhəmiyyət kəsb edən fundamental məsələlərdə addımlar atmalı olduğunu bir daha vurğulayıb.

İsveçin terror təşkilatı PKK/PYD/YPG-yə qarşı konkret münasibət dəyişməsi lazım olduğunu deyən Ərdoğan, bu nöqtədə İsveçdən Türkiyənin narahatlığını aradan qaldıracaq real bir təşəbbüs görmədiklərini qeyd edib.

O, silah embarqosunun, müdafiə sənayesi sektoruna qoyulan hüquqi və faktiki məhdudiyyətlərin aradan qaldırılmasını, habelə ekstradisiya və deportasiya tələblərinin yerinə yetirilməsini gözlədiklərini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin