“Azərbaycanla enerji danışıqları yekun mərhələdədir” – Aİ rəsmisi 

Hazırda oxunan: “Azərbaycanla enerji danışıqları yekun mərhələdədir” – Aİ rəsmisi 

80961

“Azərbaycanla təbii qaz tədarükünün artırılması ilə bağlı danışıqlar yekun mərhələdədir”. 

Bizim.Media məlumatına görə, bunu Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson Estoniyanın "Postimees" qəzetinə müsahibəsində deyib. 

"Ötən həftə Avropa İttifaqı qaz tədarükünün artırılması ilə bağlı İsrail və Misirlə razılıq əldə edib. Bundan başqa, Norveçlə əməkdaşlıq dərinləşdirilib, Azərbaycanla danışıqlar isə yekun mərhələdədir", - deyə o bildirib. 

Avrokomissar vurğulayıb ki, qazın birgə satın alınması Aİ ölkələri arasında yekdillik və koordinasiya tələb edir, Avropa Komissiyasının işi bunun üçün zəruri şərait yaradır. 

"May ayında Avropaya rekord həcmdə, 12,8 milyar kubmetr mayeləşdirilmiş təbii qaz tədarük edilib. Bu, Avropanın tarixində ən yüksək aylıq tədarük həcmi olub", - K.Simson deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin