Türkiyədə atışma: 4 ölü (VİDEO)

Hazırda oxunan: Türkiyədə atışma: 4 ölü (VİDEO)

80935
Türkiyənin Diyarbəkir şəhərində Hizbullah təşkilatına yaxınlıqda şübhəli bilinən dərnəyin rəhbərinə sui-qəsd edilib.

Moderator.az-ın məlumatına görə, hücum nəticəsində yaralanan şəxs xəstəxanada həyatını itirib. Bu hücumdan sonra Diyarbəkirdə toqquşmalar yaşanıb. Polis qüvvələrinin də müdaxilə etdiyi toqquşma nəticəsində 4 nəfərin həlak olduğu bildirilib, 4 nəfər müxtəlif xəsarətlər alıb.

Yaralananlardan 3-nün jurnalist olduğu deyilir. İlkin məlumatlara görə, sui-qəsd PKK tərəfdarı olan İnqilabçı Gənclik qruplaşması tərəfindən həyata keçirilib. Diyarbəkir vilayət valiliyi şəhərdə iki silahlı qrup arasında atışmanın baş verdiyini və ölənlərin bu qruplaşmalardan olduğu barədə məlumat verib. Toqquşmadan sonra şəhərdlə polis nəzarəti gücləndirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin