Kim Çen İn yenidən KXDR İşçi Partiyasının baş katibi seçildi

Hazırda oxunan: Kim Çen İn yenidən KXDR İşçi Partiyasının baş katibi seçildi

8083

Şimali Koreya lideri Kim Çen İn yenidən hakim İşçi Partiyasının baş katibi vəzifəsinə seçilib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Deutsche Welle” nəşri yerli mətbuata istinadən yayıb.

Bundan əvvəl o, bu partiyanın sədri vəzifəsində çalışıb.

Partiyanın Pxenyanda keçirilən səkkizinci qurultayının altı günlük iclasında bu vəzifənin adının yenidən katibliyə dəyişdirilməsinə qərar verilib.

İşçi Partiyasının baş katibi vəzifəsini əvvəlcə KXDR-in qurucusu Kim İr Sen, daha sonra oğlu Kim Çen İr tutub. 

2011-ci ildə Kim Çen İrin ölümündən sonra oğlu Kim Çen İn İşçi Partiyasının Mərkəzi Komitəsin birinci katibi vəzifəsini icra edib və katiblik ləğv edildiyi 2016-cı ildən bəri Partiyanın Siyasi Şurasının sədri olub.

İndi Şura yenidən katiblik adını alıb və KXDR lideri baş katib olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin