Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Görüşdə ikitərəfli əlaqələr, regional məsələlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.
Hulusi Akar Türkiyə-Britaniya münasibətlərinin strateji xarakter daşıdığını deyib.
Terrorla, xüsusilə PKK/YPG-İŞİD və FETÖ ilə mübarizədə əməkdaşlığın əhəmiyyəti ifadə edilib.
Ukraynanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə verilən dəstəklə bölgədə sülh və sabitliyin bərpası üçün tezliklə atəşkəs elan edilməli olduğu qeyd edilib. Eyni zamanda, taxıl probleminin həlli istiqamətində aparılan işlərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi barədə məlumat verilib.
Görüşdə hərbi təlim sahəsində əməkdaşlıq fəaliyyətinin davam etdirilməsi ilə bağlı razılıq ifadə olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:40 / 23.06.2022
Hulusi Akar britaniyalı həmkarı ilə müzakirə apardı
Hazırda oxunan: Hulusi Akar britaniyalı həmkarı ilə müzakirə apardı
Hazırda oxunan: Hulusi Akar britaniyalı həmkarı ilə müzakirə apardı
80705
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.