“Ölüxanalar ağzına kimi doludur”

Hazırda oxunan: “Ölüxanalar ağzına kimi doludur”

Özət:
  • Koronavirusun ikinci dalğası Rusiyada sunami effekti yaradacaq.
  • Reanimasiya və ölüxanalar ağzına kimi doludur.
  • Hökumət pandemiyanın yarada biləcəyi iqtisadi fəsadlardan qaçmağı daha üstün tutur.
  •  Ölkə mətbuatı isə Rusiya istehsalı olan hələ tam sınaqdan keçməmiş COVİD-19 əleyhinə vaksinləri tərifləməklə məşğuldur.
807

“Koronavirusun ikinci dalğası Rusiyada sunami effekti yaradacaq. Amma hökumət yaz aylarından fərqli olaraq özünü çox arxayın aparır” - bu fikirlərlə alman nəşri Frankfurter Rundschau çıxış edib.

 

Qəzet yazır ki, Rusiyada gündəlik yoluxma sayı anti-rekord yaratsa da qabaqlayıcı tədbirlər görülmür. Gündəlik yoluxma artıq 15 000 üstüdür. Tibb işçiləri deyir ki, rəsmi statistika reallığı əks etdirmir. Əslində sutkalıq yoluxma bundan 2-3 dəfə çoxdur. Krasnodar vilayətindən olan bir həkim yerli mətbut orqanına müsahibəsində deyib ki, xəstəxanalarda növbədir. “Virusa yoluxmuş xəstələr qəbul üçün 3-4 saat gözləməli olurlar. Biz normativlərə uyğun olaraq bir gündə 20 xəstəyə qulluq etmək əvəzinə, bəzən 45 adam üçün qaçmalı oluruq. Xəstəxanada cəmi bir KT cihazı var, vəziyyət hər an nəzarətdən çıxa bilər. Reanimasiya və ölüxanalar ağzına kimi doludur”.

 

Frankfurter Rundschau güman edir ki, hökumət pandemiyanın yarada biləcəyi iqtisadi fəsadlardan qaçmağı daha üstün tutur. Paytaxt Moskvada və digər region mərkəzlərində karantin rejimi çox zəif formada tətbiq olunur. Barlar, fitnes zalları, restoranlar öz gündəlik fəaliyyətini tam açıq şəkildə davam etdirirlər. Moskva metrosunda hətta ən pik saatlarda belə sərnişinlərin yarıdan çoxu maska taxmır.  

“Ölkə mətbuatı isə Rusiya istehsalı olan hələ tam sınaqdan keçməmiş COVİD-19 əleyhinə vaksinləri tərifləməklə məşğuldur”, - deyə nəşr qeyd edir.

 

Mənbə: Frankfurter Rundschau

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin