Lukaşenko təcili Rusiyaya getdi

Hazırda oxunan: Lukaşenko təcili Rusiyaya getdi

80642

Belarus prezidenti Aleksandr Lukaşenko qeyri-rəsmi səfərlə təcili Rusiyaya gedib.

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

Sözçü qeyd edib ki, Lukaşenko iyunun 23 və 24-də Moskva vilayətində, Zavidovoda Vladimir Putinlə görüşəcək. 

Bundan əlavə, iyunun 25-də liderlər Sankt-Peterburqda görüşəcək və orada işçi görüş keçirəcəklər. İnformasiyanı Belarus dövlət başçısının “Pul Pervoqo” Telegram kanalı yayıb.

Xatırladaq ki, Vladimir Putinlə Aleksandr Lukaşenko arasında sonuncu görüş mayın 23-də baş tutub və təxminən beş saat davam edib. 

Prezidentlər inteqrasiya, idxalı əvəzetmə məsələlərini, eləcə də cari beynəlxalq və regional gündəliyi müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin