“Signal” ən güvənli, “Telegram” etibarsız, “Whatsapp” riskli - ARAŞDIRMA

Hazırda oxunan: “Signal” ən güvənli, “Telegram” etibarsız, “Whatsapp” riskli - ARAŞDIRMA

8063

“Whatsapp”ın son qaydalarına əsasən, istifadəçi şərtləri qəbul edərsə şirkət akkauntun datalar və informasiyalarını satmaq hüququna sahib olacaq.

Bu da “Whatsapp” istifadəçilərini aplikasiyanı silməyə məcbur edib.

Bizim.Media xəbər verir ki, “mashable”a saytı  alternativ olaraq, ən təhlükəsiz aplikasiyanın adını açıqlayıb.


MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda "WhatsApp" istifadəçilərinin vəziyyəti necə olacaq? - SORĞU


Araşdırmaya görə, “Signal” etibarlı mesajlaşma platformasıdır- heç bir məlumatı götürmür və istifadə etmir.

Belə ki, “Signal”dan göndərilən mesajlar üçün şifrələmə mövcuddur. İsmarıc telefondan göndərildikdən sonra şifrələnir və bu yolla onların təhlükəsizliyi təmin edilir.

Qeyd edək ki, İlon Mask bir neçə gün əvvəl “USE SİGNAL” – “”Signal” istifadə edin” tivitini paylaşıb. Bu da  “Signal”ı son günlərin ən məşhur platforması edib.

Saytın araşdırmasına görə, “Telegram” da  etibarsız  sosial şəbəkələr siyahısındadır.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin