Ukrayna Maksim Qalkini qara siyahıdan çıxartdı

Hazırda oxunan: Ukrayna Maksim Qalkini qara siyahıdan çıxartdı

80625

Ötən il Maksim Qalkin Ukrayna Mədəniyyət Nazirliyinin qondarma qara siyahısına salınmışdı. Sənətçi milli təhlükəsizliyə təhlükə törətməkdə ittiham edilib və ölkəyə girişi qadağan edilmişdi. 

Bizim.Media xəbər verir ki, 46 yaşlı Maksim Qalkinin qara siyahıdan çıxarıldığı məlum olub.

Onun adı Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin saytından itib.

Qeyd edək ki, Qalkin ötən ilin payızında Ukraynaya giriş qadağan edilmişdi. Son vaxtlar Maksim dünyada baş verən siyasi dəyişikliklərlə bağlı öz mövqeyini fəal şəkildə ifadə edir. Şoumenin sözləri Rusiya cəmiyyətində mənfi qarşılanıb.

Hazırda şoumen ailəsi ilə birlikdə İsraildədir.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin