İŞİD terror qruplaşmasının işğalı altında olan ərazilərdən qaçmağı bacaran qadınlar, sərhəd-gömrük məntəqəsində yoxlamadan keçdikdən sonra ilk etdikləri hərəkət geyinməyə məcbur qaldıqları çadralarını çıxarmaq olub.
ANS PRESS-in məlumatına görə, Suriyada baş verənləri dünyaya çatdırmaq məqsədilə oraya gedən sərbəst jurnalist Cek Şahin (Jack Shahine) İŞİD-in nəzarətindəki bölgələrdən qurtulan qadınların yaşadıqları sevincin şahidi olub.

Fotolardakı ağ avtomobilin üstündəki qadının ərəb, mavi rəngli avtomobildəkinin isə kürd olduğu bildirilir. Cek Şahin Tel Abyaddan qaçanların təhlükəsiz bölgələrə ayaq basarkən böyük sevinc yaşadıqlarını söyləyir.
































































































