Bu gün "Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının təşkilatçılığı ilə "İnsan hüquqlarına yanaşmada beynəlxalq təşkilatların ikili standarları" mövzusunda dəyirmi masa keçirilib.
Moderator.az saytı xəbər verir ki, tədbirdə millət vəkilləri, KİV və QHT rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.xa0
Vətəndaş Cəmiyyəti Koalisiyası toplantıda aparılan müzakirələrin yekunu olaraq Azərbaycanı sevməyən qüvvələrin son zamanlar apardıqları antikampaniya ilə bağlı bəyanat qəbul ediblər.
Bəyanatda deyilir:
“Birinci Avropa Oyunlarının başlanmasına bir həftədən də az vaxt qalır. 100 milyonlarla tamaşaçı tarixdə ilk dəfə keçirilən bu möhtəşəm tədbirin açılış mərasimini və Avropanın ən güclü atletlərinin qələbə uğrunda mübarizəsini maraqla izləməyə hazırlaşır. Şübhə yoxdur ki, ölkəmizə gələn idmançılar, jurnalistlər və turistlər yarışların yüksək səviyyədə təşkilinin şahidi olacaq, Azərbaycanın hərtərəfli inkişafı və bənzərsiz gözəlliyi, xalqımızın milli-mənəvi dəyərləri, mədəniyyəti və tolerantlıq ənənələri barədə zəngin təəssüratlar qazanacaqlar. Eyni zamanda, Avropa Oyunları zamanı ərazilərimizin işğalı, qaçqın və məcburi köçkünlər, xalqımıza qarşı törədilmiş soyqırımlar və digər problemlərimiz haqqında dünya ictimaiyyətinə daha dolğun məlumatlar çatdırmaq imkanı yaranacaq.
Lakin bu möhtəşəm idman bayramı yaxınlaşdıqca, Azərbaycana dost mövqedə olmayan bəzi dairələrin narahatlığı artır, son aylar ölkəmizə qarşı başlanmış qarayaxma kampaniyası daha da güclənir. Bir mərkəzdən idarə olunan bu qüvvələr Azərbaycan Respublikasının regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil siyasətini qəbul etmək istəmir, cəmiyyətimizi daxildən parçalamağa uğursuz cəhd göstərirlər. BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Miçel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin iyunun 3-də “Open Democracy”x9d portalında yayılmış birgə məqaləsi də anti-Azərbaycan şəbəkəsinin növbəti təxribatı olub həmin məqsədə xidmət edir. Görünür, Avropa Oyunlarının əhəmiyyətini azaltmaq, Azərbaycan hökumətini və yarışların Təşkilat Komitəsini ruhdan salmaq, tədbiri boykot etmək kimi çirkin niyyətlərinə nail ola bilməyən antiazərbaycan şəbəkəsi bu dəfə özünün “ağır artilleriyası”x9dnı işə salmaq həvəsinə düşərək həmin “üçlüyü”x9d irəli verib.
Azərbaycanda repressiyaların, vətəndaş cəmiyyətinə basqıların olduğunu iddia edən bu üzdəniraq “üçlük”x9d guya orijinallıq göstərərək yeni üsul düşünmüş, Avropa idmançılarını siyasi təzyiq alətinə çevirərək, konkret cinayət əməllərinə görə mühakimə olunmuş bir neçə nəfəri dəstəkləmək üçün “ayağa qalxmağa”x9d çağırmışdır.
“Bakı - 2015: Birinci Avropa Oyunlarına Dəstək”x9d Vətəndaş Cəmiyyəti Koalisiyası hesab edir ki, Ermənistanın təcavüzü nəticəsində hüququ pozulmuş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi, Dağlıq Qarabağdakı quldur rejim tərəfindən girov götürülərək işgəncələrə məruz qalan və qanunsuz mühakimə edilən vətəndaşlarımızın hüquqları barədə indiyə qədər bir kəlmə də danışmayan beynəlxalq hüquq-müdafiə məmurlarının bu cür məsuliyyətsiz bəyanatlar səsləndirməyə və çağırışlar etməyə heç bir mənəvi haqqı yoxdur. Yaxşı olardı ki, onlar adından fəaliyyət göstərdikləri BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların fəaliyyətinin güclənməsi və məqsədlərinin həyata keçirilməsi sahəsində Azərbaycan Respublikasının oynadığı sanballı rolu nəzərə alaraq, şərin və böhtanın deyil, haqqın və ədalətin yanında yer alsınlar.
“Bakı - 2015: Birinci Avropa Oyunlarına Dəstək”x9d Vətəndaş Cəmiyyəti Koalisiyası olaraq bir daha bəyan edirik ki, Azərbaycan demokratiya və insan hüquqları sahəsində üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirir. Ölkəmiz vətəndaş cəmiyyətinin inkişafı, söz və mətbuat azadlığının səviyyəsinə görə keçmiş sovet respublikaları içərisində qabaqcıl mövqedə durur və bir çox ölkələrə nümunə ola bilər”x9d.
Bəyanata aşağıdakı qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri qoşulublar:
1. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi
2. İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi
3. Demokratik Jurnalistlər Liqası
4. “ELS”x9d Müstəqil Araşdırmalar Mərkəzi
5. Milli QHT Forumu
6. Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi
7. Vətən Müharibəsi Veteranları İctimai Birliyi
8. “Konstitusiya Araşdırmaları”x9d Fondu
9. “Paradiqma”x9d İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi
10. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı İctimai Birliyi
11. “İrəli”x9d İctimai Birliyi
12. Jurnalistlərin Həmkarlar İttifaqı
13. “Jurnalist Araşdırmaları Mərkəzi”x9d İctimai Birliyi
14. “Jurnalistika və İnkişaf Mərkəzi”x9d İctimai Birliyi
15. “Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişÐ°fı”x9d İctimаi Birliyi
16. “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”x9d İctimai Birliyi
17. “Türkiyə Universitetləri Məzunları”x9d İctimai Birliyi
18. “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı”x9d İctimai Birliyi
19. “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı”x9d İctimai Birliyi
20. “Dünya Gənc Türk Yazarlar “ İctimai Birliyi
21. “Gənc Sahibkarlar Klubu”x9d İctimai Birliyi
22. “Əlil Təşkilatları İttifaqı”x9d İctimai Birliyi
23. “Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti”x9d İctimai Birliyi
24. “Demokratik İslahatçı Gənclər”x9d İctimai Birliyi
25. “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə”x9d İctimai Birliyi
26. “Bələdiyyələrin İnkişafına Yardım”x9d İctimai Birliyi
27. “Gənc Vətənpərvərlər”x9d İctimai Birliyi
28. “Gənc Muhasiblər”x9d İctimai Birliyi
29. “Demokratiyanın və Milli Dəyərlərin Təbliği”x9d İctimai Birliyi
30. “Sosial Rifah və Tədqiqatlar”x9d İctimai Birliyi
31. “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “İctimai Birliyi
32. “Hüquqi və Demokratik İslahatlar Mərkəzi”x9d İctimai Birliyi
33. “SAF Həyat Naminə”x9d Gənclər İctimai Birliyi
34. “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər”x9d İctimai Birliyi
35. Beynəlxalq Mətbuat Klubu”x9d İctimai Birliyi
36. “Aqro Tərəqqi “ İctimai Birliyi
37. “Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım”x9d İctimai Birliyi
38. “Azərbaycan Maarifçi Gənclər Təşkilatı”x9d
39. “İctimai Problemlərin Tədqiqi Asossiasiyası”x9d
40. “Azərbaycan Gənclər İttifaqı”x9d
41. “Ekonomiks”x9d Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
42. “Rəvan”x9d Gəncliyə Dəstək İctimai Birliyi
43. “ Demokratik Seçki Mərkəzi”x9d
44. “ Demokratik Azərbaycan Naminə”x9d İctimai Birliyi
45. Gənclər Təşkilatları Milli Şurası
46. “Bizim Nəsil”x9d Gənclərin Regional İnkişaf Assosiasiyası
47. Siyasi İnnovasiya və Texnologiya Mərkəzi
48. AVCİYA
49. “İnsan Hüquqları XXI Əsr ”“ Azərbaycan”x9d Fondu
50. “Əlil Sahibkarlar Təşkilatı”x9d İctimai Birliyi
51. Beynəlxalq Avrasiya Fondu
52. “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi”x9d İctimai Birliyi
53. “Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi
54. Azərbaycan-Slavyan Gənclər Assosiasiyası
55. “Tərəqqi”x9d Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyi
56. “Kaspi”x9d qəzeti
57. “Azadinform”x9d İnformasiya Agentliyi
58. “Səs”x9d qəzeti
59. “Yeni Azərbaycan”x9d qəzeti
60. “İki sahil”x9d qəzeti
61. Modern.az saytı
62. “Gündəlik teleqraf”x9d qəzeti
63. “APA”x9d İnformasiya Agentliyi
64. “virtualaz.org”x9d saytı
65. “azvision.az”x9d saytı
66. “aznews.az”x9d saytı
67. “Xalq cəbhəsi”x9d qəzeti
68. “Olaylar”x9d qəzeti
69. “Bakı-xəbər”x9d qəzeti
70. “Şərq”x9d qəzeti
71. “525-ci”x9d qəzet
72. “Bizim yol”x9d qəzeti
73. Palitra qəzeti
74. “Mövqe”x9d qəzeti
75. “qafqazinfo.az”x9d saytı
76. “1news.az”x9d saytı
77. “veteninfo.az”x9d saytı

































































































