Yaxın günlərdə Moskvada Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın ikinci iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Azərbaycan və Ermənistanın ayrı-ayrı sərhəd rayonlarında təkrarlanan insidentlər, problemlər sərhədlərin delimitasiyası üzrə komissiyanın sistemli və müntəzəm işinin aktuallığını və zəruriliyini təsdiqləyir", - Zaxarova Azərbaycan-Ermənistan sərhədindəki son atışmalara münasibət bildirərkən deyib.
Zaxarovanın sözlərinə görə, tərəflər mayın 24-də razılaşdıqları kimi yaxın günlərdə Moskvada delimitasiya komissiyasının ikinci iclasını keçirməyə hazırdırlar:
“Sabitliyin səviyyəsinin artırılması üçün addımların atılması vacibdir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:51 / 22.06.2022
“Delimitasiya komissiyası yaxın günlərdə Moskvada görüşəcək” – Zaxarova
Hazırda oxunan: “Delimitasiya komissiyası yaxın günlərdə Moskvada görüşəcək” – Zaxarova
Hazırda oxunan: “Delimitasiya komissiyası yaxın günlərdə Moskvada görüşəcək” – Zaxarova
80501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.