Diplomat: “Trampın vurduğu ziyanı bərpa etmək mümkün deyil”

Hazırda oxunan: Diplomat: “Trampın vurduğu ziyanı bərpa etmək mümkün deyil”

8049

Beynəlxalq diplomat və ekspert Lahdar Brahimi deyir ki, Donald Tramp beynəlxalq institutlara və Amerikanın özünə zərbə endirən bir sıra hərəkətlər edib.

Bizim.Media xəbər verir ki, o, Le Monde-yə verdiyi müsahibədə qeyd edib ki, bütün dünya ölkələri Amerika qaydalarının və qanunlarının xaricdə yayılmaması üçün razılığa gəlməlidirlər, xüsusən də tarixin belə bir keçid mərhələsində.

“Tarixin təkərini geri fırlatmaq mümkün deyil, Trampdan sonra Amerika daha əvvəlki Amerika olmayacaq”. Əlcəzairin keçmiş xarici işlər naziri və Suriya üzrə əsas məsləhətçilərdən biri Lahdar Brahimi belə deyib. O, qeyd edib ki, siyasətdə Tramp dövrünün improvizasiyaları sona çatdıqdan sonra  beynəlxalq iqlim bir qədər yumşalacaq.

“Ən pisi odur ki, Trampın vurduğu ziyanı ləğv etmək mümkün olmayacaq. Məsələn, o, ABŞ-ın pandemiyanın ortasında ÜST-dən çıxdığını elan etmişdi. Ştatlar artıq bu cür addımı YUNESCO-ya qarşı da atıb.

İsrail artıq ABŞ-ın Qüdsü paytaxt kimi tanımasını ləğv etmyəcək. Trampın kobud və sərt şəkildə tətbiq etdiyi bu cür addımlar presedent kimi tarixdə qalacaq”. 

O qeyd edir ki, 1989-ci ildə Berlin divarı yıxıldıqdan sonra bir çoxları soyuq müharibə ilə bağlı bütün problemlərin bitəcəyinə inanırdılar. Və əslində Livanda və Kamboçjada müharibə başa çatdı. BMT rəhbərliyi hesab edirdi ki, indi dünyadakı münaqişələri məhz bu təşkilat əbədi həll edəcək.

Lakin diplomatın fikrincə, Soyuq Müharibənin sona çatması ilə hər kəsin öz yerini axtarmağa başladığı keçid dövrü gəldi, bu hətta Böyük Britaniyanın AB-dən çıxması ilə də ifadə olunur.  "Prezident Boris Yeltsin Qərbin istədiyi kimi rəqs etməyə məcbur edilən klon idi", - deyə diplomat qeyd edib. Məhz elə buna görə, Qərb 2015-ci ilə qədər Rusiyaya yuxarıdan aşağıya baxırdı və yanıldı. 

Üstəlik, Buş Varşava Paktı ölkələrinin heç birinin NATO-ya daxil olmayacağına söz verdi və sözünü tutmadı. İş hətta Ukraynaya, rus pravoslavlığının beşiyinə çatdı. Diplomatın sözlərinə görə, Ukraynanı Rusiyanın təsir sahəsindən çıxarmaq mümkün deyil.

Donald Tramp isə bütün siyasi və hüquqi dəyərlərə tüpürdü: 

"Artıq beynəlxalq hüququn mövcud olmadığı bir dövlət, Birləşmiş Ştatlar var. Bu ölkədə heç kim bu hüquqa riayət etmir. Elə olan halda beynəlxalq aləm çalışmalıdır ki, Amerika hüququ öz sərhədlərindən aşıb heç bir ölkəyə yayılmasın. Bu artıq acı gerçəkdir".

Bununla yanaşı, Ştatların Çinlə gərgin münasibətləri var, amma məsələ budur ki, Çin uzun müddət ümumiyyətlə, qiymətləndirilməyib. İndi Pekin onun gücünü görünməsini və onunla hesablaşılmasını  istəyir. O, heç vaxt öz ideologiyasını reklam etməyə və SSRİ-nin etdiyi kimi bütün dünyanı azad etməyə çalışmayıb”. 

BMT, onun sözlərinə görə, bu gün artıq münaqişələri həll etmək gücünü itirib. Bir çox cəhətdən onun mexanizmləri işləmir. Amma bu təşkilat yenə də mövcud olmalıdır, indi ondan imtina etmək məsuliyyətsiz olardı.

BMT-nin həll edə bilmədiyi münaqişələrdən biri də Suriyadır. Diplomat qeyd edir ki, Bəşər Əsəd müharibədə qalib gəlsə də, sülhü tam bərqərar edə bilmir. Onun fikrincə, Suriya hələ uzun müddət Rusiya, İran və Türkiyənin təsiri altında qalacaq.

Liviyada da münaqişə var, amma Liviyada Bəşər Əsəd yoxdur. Ancaq orada daha güclü xarici təsir var. Buna görə Liviya yeni Somaliyə, yəni daimi böhran vəziyyətində qalan dövlətə çevrilə bilər.

Brahimi özü uzun müddətdir münaqişələrin həlli sahəsində çalışır və gəldiyi əsas nəticə xarici hərbi müdaxilələrin həmişə pis nəticələrlə qurtarmasıdır. O qeyd edir ki, məsələn, Liviyada zəif hazırlanmış, zəif həyata keçirilmiş, tamamilə lazım olmayan Qərb ölkələrinin müdaxiləsi indiki problemli vəziyyətin uzun müddət qalmasınə səbəb oldu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin