“Bakı ilə İrəvan arasında sülhün əldə olunmasında maraqlıyıq” - Zaxarova

Hazırda oxunan: “Bakı ilə İrəvan arasında sülhün əldə olunmasında maraqlıyıq” - Zaxarova

80451

Rusiya hamıdan çox Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlıdır.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ənənəvi həftəlik brifinqində səsləndirib.

Onun sözlərinə görə, Moskva ayrı-ayrı xarici oyunçuların siyasiləşdirilmiş addımlarının Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərpası üçün onsuz da çətin olan səyləri pozmasına icazə verə bilməz.

"Biz üç ölkə liderinin bəyanatlarında yer alan öhdəlikləri və tapşırıqları qeyd-şərtsiz yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik", - o, əlavə edib.

Zaxarova xatırladıb ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Onun Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla danışıqları planlaşdırılır.

Zaxarova qeyd edib ki, Bakıda keçiriləcək görüşlərdə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində üçtərəfli sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.
"Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı ilə bağlı bütün məsələlərə baxılacaq", - deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin